• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Saakaşvili payızda yeni posta təyinat ala bilər

  • Dünya
  • 8 Sentyabr 2015 18:54
  • 425 Baxış
Saakaşvili payızda yeni posta təyinat ala bilər

Ukraynanın hazırkı maliyyə naziri Natalya Yaresko hökumətə başçılıq edəcəyi halda, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili baş nazirin müavini ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın “Apostrof” internet-nəşrinə prezident Pyotr Poroşenkonun administrasiyasındakı mənbə bildirib.

Mənbə qeyd edib ki, hazırda Ukrayna Nazirlər Kabinetinin yenidən formalaşdırılması variantları müzakirə edilir. Bu variantlardan biri də baş nazir postuna maliyyə naziri Natalya Yareskonun gətirilməsidir. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili isə baş nazirin islahatlar üzrə müavini vəzifəsini tuta bilər.

“Prinsip etibarilə hamı Saakaşvilinin hökumətə gəlişində maraqlıdır. Onu hakimiyyət üçün yaxşı siyasi texnoloq kimi görürlər. Gözlənilir ki, Saakaşvili ölkədə islahatlara təkan verəcək”, - mənbə deyib.

Daha əvvəl Ukrayna hakimiyyətindən bildirilib ki, Nazirlər Kabinetinin yenidən formalaşdırılması payızda həyata keçirilə bilər.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR