• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Rusiya xarici vətəndaşlar üçün kvotanı artırdı

  • Dünya
  • 8 Sentyabr 2015 19:41
  • 417 Baxış
Rusiya xarici vətəndaşlar üçün kvotanı artırdı

Rusiya Nazirlər Kabineti miqrantlar üçün müvəqqəti kvotaların artırılması barədə göstəriş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında deyilir.

Xatırladaq ki, 2015-ci il yanvar ayının 1-dən xarici vətəndaşlar Rusiyada işləmək üçün patent almalıdırlar. Vahid patentləri zamanla kvota mexanizmi əvəz edəcək və mühacirlərə hüquqi şəxslərin, eləcə də fərdi sahibkarların yanında işləməyə icazə verəcək.

Bundan başqa, 2015-ci ilin yanvar ayından Rusiyada MDB ölkələrinin vətəndaşları üçün ölkəyə giriş-çıxış rejimi barədə qanun qüvvəyə minib. İndi bu ölkəyə xarici pasportu olmadan yalnız Avrasiya İqtisadi İttifaqı ölkələrinin – Belarus, Qazaxıstan və Ermənistanın vətəndaşları gələ bilərlər. Bu qanun eləcə də Avrasiya İqtisadi İttifaqına daxil olmaq istəyini bildirən Qırğızıstan üçün də keçərlidir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR