• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

ABŞ-dan narkotik alverçilərinə dəstək: 11 polis öldürüldü

  • Dünya
  • 8 Sentyabr 2015 22:59
  • 562 Baxış
ABŞ-dan narkotik alverçilərinə dəstək: 11 polis öldürüldü

ABŞ-ın Əfqanıstandakı qırıcılarının endirdiyi avizərbələr 11 əfqan polisinin həyatına son qoyub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Anonim mənbə bildirib ki, narkotik alverçilərinin tutulması üzrə əməliyyatda iştirak edən 11 polis Pakistanla sərhəddə yerləşən Qilmend əyalətində öldürülüb. Məlumata görə, polislər narkotiklər istehsalı edən gizli laboratoriyaları axtarırmış.

Ancaq ABŞ-ın Silahlı Qüvvələrinin nümayəndəsi əfqan tərəfinin verdiyi informasiyanı təkzib edib. Bildirilir ki, ABŞ təyyarələri polislərin öldürüldüyü deyilən 6 sentyabr tarixində Qilmend əyalətində heç bir əməliyyat həyata keçirməyib.

ABŞ-ın narkotik alverçilərinə qarşı mübarizə aparan polisləri öldürməsi növbəti dəfə Vaşinqtonun Əfqanıstanda narkotik istehsalının genişlənməsinə dəstək verdiyi iddiaları gündəmə gətirdi.

Əfqanıstanın Səhiyyə Nazirliyi bir müddət əvvəl ölkədə narkotik asılılığı olanların sayının 3 milyona çatdığını açıqlayıb. Builki rəqəmlər narkotik asılılığı olanların sayının ötən illə müqayisədə 7 faiz artdığını göstərir.

Əfqanıstanda narkotikin istehsalı ABŞ-ın işğalı illərində rekord səviyyədə artıb. Məlumatlara görə, 2001-2008-ci illərdə Taliblər Əfqanıstan ərazisində nəzarəti itirdikdən sonra heroinin istehsalı 2,5 dəfə artıb və 2015-ə qədər də bu artım tendensiyası davam edir.

2000-ci ildə BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotik əkinlərinin məhvi və yerində alternativ kənd təsərrüfatı məhsullarının əkilməsi üzrə inkişafı proqramına qoşulan molla Ömər Əfqanıstan ərazisində narkotik əkinlərini qadağan etdi. Bu qadağa sayəsində 2001-ci ildə Əfqanıstanda cəmi 185 ton tiryək istehsal olundu. BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin məlumatına görə, narkotiklərlə mübarizədə Əfqanıstan hökumətləri arasında belə rekord əldə edilməmişdi. Əfqanıstanın işğalda olduğu illərdə isə bu rəqəm bugünkü 6400 tonu keçib.

Əlavə edək ki, keçmiş SSRİ ordusunun işğalı illərində də Ərqanıstanda narkotik istehsalı dəfələrlə artıb. Belə ki. 1979-89-cu illərdə narkotik istehsalı 200 tondan 1200 tona qalxmışdı.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR