PKK-ya öldürücü zərbə: 1008 terrorçu məhv edildi
Bizi izləyin

Dünya

PKK-ya öldürücü zərbə: 1008 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələrinin 22 iyuldan bu yana PKK terror təşkilatına qarşı həyata keçirdiyi əməliyyatlarda 1008 terrorçu öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar həm ölkə daxilində, həm də PKK-ın Şimali İraqdakı düşərgələrində həyata keçirilib.

PKK və onun gənclik qolu YDG-H başqa olmaqla, İŞİD və DHKP-C terror təşkilatlarına qarşı Türkiyənin bir çox vilayətində əməliyyatlar həyata keçirilib. İyulun 24-də başlanan əməliyyatlarda 2330 nəfər saxlanılıb, onlardan 622-si həbs olunub.

Hava əməliyyatları nəticəsində ölkə xaricində təxminən 620, ölkə daxilindəki əməliyyatlarda isə təxminən 250-300 terrorçu yaralanıb.

Hərbi mənbələr son 2 gün davam edən əməliyyatlarda 100-ə yaxın PKK terrorçusunun öldüyünü açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm