Kremldən şok iddia: baş nazir rus hərbçiləri güllələyib
Bizi izləyin

Dünya

Kremldən şok iddia: baş nazir rus hərbçiləri güllələyib

Rusiyanın İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin “Rusiya qəzeti”nə müsahibəsində Ukraynanın baş naziri Arseniy Yasenyukla əlaqədar şok ittihamlar səsləndirib.

.

Publika.az xəbər verir ki, İstintaq Komitəsinin başçısı Arseniy Yasenyuku Çeçenistan Respublikasında Rusiya əsgərlərinə işgəncə verməkdə ittiham edib.

“İstintaqın məlumatına görə, Arseniy Yasenyuk ən azı iki - 31 dekabr 1994-cü ildə Qroznı şəhərinin Minutka meydanında və 1995-ci ilin fevralında 9 saylı şəhər xəstəxanasının ərazisindəki silahlı toqquşmalarda iştirak edib. O, həmçinin Rusiya ordusunun hərbçilərinə verilən işgəncələr və 7 yanvar 1995-ci ildə Qroznı şəhərinin Oktyabr rayonunda Rusiya hərbi əsirlərinin güllələməsinin iştirakçısı olub”, - Bastrıkin deyib.

Rusiyalı məmurun sözlərinə görə, Ukraynanın baş naziri “Arqo” və “Vikinq” cəza dəstələrinin tərkibində vuruşub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm