Moskva Vaşinqtonun sözünə baxan Afina və Sofiyadan izahat istədi
Bizi izləyin

Dünya

Moskva Vaşinqtonun sözünə baxan Afina və Sofiyadan izahat istədi

Moskva Suriya üçün humanitar yardım aparan Rusiya təyyarələrinin uçuşuna hava məkanını bağlayan Bolqarıstandan izahat tələb edib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin müavini, prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

“Əgər indiki halda bizim yunan və bolqar partnyorlarımızda hansısa şübhələr yaranıbsa, onlar izahat verməlidir ki, problem nədədir”, - rusiyalı diplomat əlavə edib.

Qeyd edək ki, Bolqarıstan hakimiyyəti Suriya üçün humanitar yardım aparan Rusiya təyyarələrinin uçuşu üçün onun hava məkanından istifadə etməyi qadağan edib. Bolqarıstan Xarici İşlər Nazirliyininin nümayəndəsi Velislav Panov bildirib ki, Suriyaya humanitar yardım bəhanəsi ilə digər yüklər, o cümlədən silah-sursat çatdırıla bilər.

Bolqarıstandan başqa Yunanıstan da Suriyaya humanitar yardımların aparılması üçün hava dəhlizi istəyən Rusiyaya mənfi cavab verib.

Baxmayaraq ki, daha əvvəl Yunanıstan Xarici İşlər Nazirliyindəki mənbə ABŞ-ın Afinadan Suriyaya humanitar yardım aparan Rusiya təyyarələri üçün hava məkanını bağlamağı tələb etdiyini və Afinadan mənfi cavab verildiyini deyib: “ABŞ səfirliyi şənbə günü Rusiya təyyarələrinin uçuşuna hava məkanının bağlanılması tələbi ilə Yunanıstan hökumətinə müraciət edib. Yunanıstan hökuməti isə Rusiya ilə münasibətlərinin pisləşməməsi üçün bunu etməkdən imtina edib”.

Qeyd edək ki, avqustun 31-də İsrail KİV-i diplomatik mənbələrə istinadən Rusiyanın Dəməşq yaxınlığında yerləşən aerodroma döyüş aviasiyası, vertolyotlar, hava hücumundan müdafiə sistemləri və hərbçilər yerləşdirdiyini yazıb. Kremldən isə bu informasiyanı təkzib ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm