Teleaparıcı efirə hərbi geyimdə çıxdı – FOTO
Bizi izləyin

Dünya

Teleaparıcı efirə hərbi geyimdə çıxdı – FOTO

Türkiyənin Bursa şəhərindən yayımlanan “Super kanal” TV-nin aparıcısı Seyfettin Aras ana xəbər buraxılışını aparmaq üçün hərbi geyimlə efirə çıxıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, teleaparıcı deyib ki, o, ötən gün PKK terrorçuları ilə döyüşdə həlak olan şəhidlərin xatirəsinə hörmət olaraq xəbərləri hərbi geyimdə aparıb.

Teleaparıcı canlı efirdən bəyan edib ki, türk milləti yas içərisindədir: “Bütün Türkiyədə olduğu kimi, biz də son hadisələrdən dərin təəssüf hissi keçiririk. Hazırda şəhidlərimiz yanımızda olmasa da, onlar hər zaman ürəyimizdə olacaq. Allah PKK terrorçularının bəlasını versin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm