Rusiya Qərbin daha sərt sanksiyalarına hazırlaşır
Bizi izləyin

Dünya

Rusiya Qərbin daha sərt sanksiyalarına hazırlaşır

“Rusiyanı sanksiyaların yeni dalğasına hazırlanmaq lazımdır”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Rusiyaya qarşı sanksiyaların ləğvi barədə illüziya yoxdur, əksinə, Donbasdakı vəziyyətdən asılı olmayaraq sanksiyaların sərtləşməsini gözləmək lazımdır”, - rusiyalı diplomat söyləyib.

Onun sözlərinə görə, Avropa Birliyi ABŞ-ın istəyi ilə Rusiyaya qarşı sanksiyaları növbəti dəfə sərtləşdirəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm