• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

ABŞ-dan razılıq: Həmas liderləri qətlə yetirilsin

  • Dünya
  • 9 Sentyabr 2015 16:17
  • 668 Baxış
ABŞ-dan razılıq: Həmas liderləri qətlə yetirilsin

ABŞ Fələstinin Həmas təşkilatının siyasi və hərbi qanadındakı bəzi şəxslərin adlarını terror siyahısına daxil edib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın bu addımı İsrailin həmin şəxslərə qarşı sui-qəsd təşkil etməsi üçün yaşıl işıq yandıracaq.

ABŞ Xarici İşlər Nazirliyi rəsmi internet saytından verdiyi açıqlamasında Həmasın hərbi qanadı “İzzəddin Əl Qəssam” briqadasının komandiri Məhəmməd əl-Dayf, briqadanın lider heyətində yer alan Yəhya əs-Senvar və Həmasın siyasi bürosunun üzvü Ruhi Müştehanın “terror siyahısı”na əlavə olunduğunu bildirib.

İsrail ötən il 2 ay davam edən Qəzza əməliyyatlarında Dayfın evini bombalamış, nəticədə onun həyat yoldaşı və 2 uşağı həyatını itirmişdi.

Barəsində ömürlük həbs cəzası verilən, İsrail və Həmas arasında 2011-ci ildə imzalanan “əsir mübadiləsi” razılaşması çərçivəsində sərbəst buraxılan Yəhya Senvar İsrailin təhlükəsizlik gücləri tərəfindən “Həmasın təhlükəsizlik beyni” adlandırılır. Eyni razılaşma çərçivəsində sərbəst buraxılan Ruhi Müştehan da əsas hədəfləri arasında yer alır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR