Obama ayının payına şərik çıxdı – VİDEO
Bizi izləyin

Dünya

Obama ayının payına şərik çıxdı – VİDEO

ABŞ prezidenti Barak Obama məşhur macərapərəst televiziya aparıcısı Bear Qrillslə birlikdə Alyaskada ayının sonadək yemədiyi qızılbalıqla nahar edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Obamanın Alyaskaya səfəri NBC kanalının “Running Wild” teleşousunun çəkilişləri çərçivəsində olub.

Qrills prezidentə izah edib ki, əyripəncə balığın piyli hissələrini yeməyə üstünlük verir, qalanını isə atır. Bundan sonra Qrills ayının bir hissəsini yediyi qızılbalığı qızardaraq Obamanı nahara qonaq edib. “Balığın yanında duzlu peçenye olsaydı, lap əla olardı” – deyə prezident vurğulayıb.

Obama Alyaskaya səfəri zamanı həmçinin Arktika üzrə beynəlxalq konfransa qatılıb. Dövlət başçısının fikrincə, təbiət qoynundakı çəkilişlər prezidentliyi dövründə onun üçün ən yaddaqalan hadisələrdən biri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm