Avropa miqrantları qəbul etməmək üçün bu hiyləyə əl atır
Bizi izləyin

Dünya

Avropa miqrantları qəbul etməmək üçün bu hiyləyə əl atır

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropada Yaxın Şərq və Şimali Afrika ölkələrindən miqrantların axını ilə bağlı yaranan böhranın aradan qaldırılması üçün bu gün Brüsseldə yeni strategiyanı təqdim edəcək.

Publika.az xəbər verir ki, “Rusiya qəzeti” yeni strategiyada 120 mindən 160 minə qədər miqrantın qəbul olunması təklifinin yer alacağını yazıb: “Yunker qaçqınların bölgüsü üzrə Avropa Birliyi ölkələrinin öhdəlikləri haqda ilk təkliflə bu ilin aprelində çıxış edib. Öhdəliklərdən imtina edən Avropa ölkələr bunu iqtisadi vəziyyətin pisləşməsi və ictimai vəziyyətin pozulacağı ilə əsaslandırdılar. Buna görə də Brüssel məcburi kvotalar qəbul etməyə məcbur oldu. Yunker də kvotalar haqqında məsələni yenidən qaldırmaq niyyətindədir. Lakin bunun Yaxın Şərq və Şimali Afrikadan gələn miqrantların sayının kəskin artacağına səbəb olacağı proqnozlaşdırılır”.

Qəzet yazır ki, Avropada miqrantları yük kimi qəbul edirlər və onlardan yaxa qurtarmağın lazım olduğu fikri hakimdir: “Lakin Avropa qəbul etmək istəmir ki, hazırda yaranan miqrant problemi Yaxın Şərq və Şimali Afrikada problemin həll edilməsi üçün strategiyanın olmamasından doğub. Avropa ölkələri miqrantları qəbul etməmək üçün bütün hiyələlərə əl atır. Misal üçün, Danimarka ərəb KİV-ində potensial qaçqınlar üçün Skandinaviyanın cazibədarlığını reklam edən məqalələr dərc etdirir. Bunun ardınca dərhal Livan nəşrində Suriya qaçqınlarına ünvanlanmış xəbərdə yazılır ki, Danimarkada qaçqınlarla bağlı qanunvericilik sərtləşdirilir. Belə ki, Danimarkada sosial yardım 50 faiz ixtisar olunur, yaşamaq hüququnu almaq üçün lazım olan müddət artırılır, bu ölkənin dilini minimal səviyyədə bilmək tələb olunur”.

“Rusiya qəzeti” qeyd edir ki, avropalılar artıq tolerantlıq hissini unudub və qaçqınlara qarşı ayrı-seçkilik nümayiş olunur.

“Hətta BMT-nin qaçqınlar üzrə ali komissarlığının xəbərdarlığına fikir vermirlər”, - deyə məqalədə bildirilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm