Rusiya və Çini birləşdirəcək kanat yolu çəkilir
Bizi izləyin

Dünya

Rusiya və Çini birləşdirəcək kanat yolu çəkilir

Dünyada ilk dövlətlərarası kanat yolunun çəkilişinə başlanılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Amur regionunda 4 il ərzində inşa ediləcək yol Rusiya ilə Çini birləşdirəcək.

İnşası 2019-cu ildə yekunlaşacaq yol Amur vilayətinin Blaqoveşensk şəhərindən Çinin Xeylunçzyan əyalətinin Xeyxe şəhərinədək uzanacaq.

Rusiya mətbuatı Çin dövlətinin kanat yolunun çəkilişi ilə bağlı sənədi imzaladığını xəbər verir. Medianın yazdığına görə, bu ilin oktyabrında layihə mövzusunda Çin rəsmiləri ilə işgüzar görüş keçiriləcək.

“İnterfaks” yazır ki, trans-sərhəd kanat yolu Çindən keçib gedən turist axınını təxminən iki dəfə artıracaq. Əgər indi bu rəqəm 1 milyon nəfər təşkil edirsə, yolun çəkilişi başa çatdıqdan sonra, habelə 2025-ci ilə qədər 1,5-2 milyon nəfər olacaq.

Sonuncu dayanacaqları arasındakı məsafə 750 metr olan kanat 1 saatda 3000 insanı daşıya biləcək. Rusiya bu layihəyə təxminən 2,5 milyard dollar sərmayə yatıracaq.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm