Dünya
Rusiyadan Xəzərdə güc nümayişi: 40 döyüş gəmisi təlimə başladı
Xəzər donanmasının 40-a yaxın döyüş gəmisi Rusiya Mərkəzi Hərbi Dairəsinin döyüş hazırlığının planlaşdırılmamış yoxlanması tədbirləri çərçivəsində təlimlərə başlayıb.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Qoşun növləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə Xəzər Donanmasının gəmi birləşmələri və sahil qoşunları yüksək dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib.
Həştərxan və Mahaçqaladakı daimi dislokasiya bazalarından Xəzər dənizində təlimlər keçirilən əraziyə 40-a yaxın döyüş gəmisi və köməkçi gəmilər gəlib", - Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Dənizçilər mina və təxribatçılara qarşı tədbirlərin həyata keçirilməsi üzrə təlim keçəcəklər. Təlimlərə ümumilikdə 3 min hərbçi və 120-dən artıq hərbi texnika cəlb olunub.
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO