Yanukoviçin evi satışda - 1,3 milyona
Bizi izləyin

Dünya

Yanukoviçin evi satışda - 1,3 milyona

Ukraynanın keçmiş lideri Viktor Yanukoviçin evi 1.3 milyon dollara satılır.

Publika.az xəbər verir ki, bu barədə “ABCnews” məlumat yayıb.


Evin alğı-satqısı ilə məşğul olan makler evin satışı ilə bağlı yayılan danışıqların doğru olduğunu bildirib. Onun sözlərinə görə, ev təmirsizdir və əlavə xərclərə ehtiyac var. Evə artıq potensial alıcı da tapılıb. Yanukoviçin bu evində heç kim yaşamayıb.

Ev 8 sot ərazidə yerləşir, ümumi sahəsi 1200 kv.m-dir. İçərisində idman zalı, kabinetlər və yataq otaqları var. Mansardda isə qış bağçası və oyun otaqları yerləşir.


Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm