Məşhur karikaturaçı zinada ittiham olunur
Bizi izləyin

Dünya

Məşhur karikaturaçı zinada ittiham olunur

Həbsdə olan iranlı rəssam Atena Farqadani yenidən məhkəməyə verilib.

Publika.az “The Independent” qəzetinə istinadən xəbər verir ki, buna qadın rəssamın kişi cinsindən olan vəkilinin əlini sıxaraq görüşməsi səbəb olub.

Qeyd edək ki, İran qanunlarına görə qadınların yad kişilərlə əl verib görüşməsi qadağandır. Rəssamın bu hərəkəti zina və əxlaqsız hərəkət kimi dəyərləndirilib. Analoji ittihamlar onun vəkilinə qarşı da irəli sürülüb.

Atena Farqadani karikaturaları ilə hökumətə qarşı özünəməxsus etiraz sərgiləyib. İlin əvvəlində qadın rəssam yüksək çinli məmurları meymun və keçi kimi təsvir etdiyinə görə 12 il 9 aylıq həbs cəzasına məhkum edilib. O, milli təhlükəsizlik əleyhinə sövdələşmədə, rejimə qarşı çıxmaqda, həmçinin parlament üzvlərini təhqir etməkdə təqsirli bilinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm