Xəzərdən sonra Baltika: Putin qoşun yeritdi - müharibə ssenarisi
Bizi izləyin

Dünya

Xəzərdən sonra Baltika: Putin qoşun yeritdi - müharibə ssenarisi

Rusiya Belarusla birgə Baltik dənizində “İttifaq Qalxanı - 2015” adı altında donanmanın hərbi təlimlərinə başlayıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bu gün səhər həyəcan siqnalı ilə Rusiyanın Baltik dənizindəki hərbi donanması Belarusla birgə hərbi təlimlərə start verib.

Bu günlərdə Rusiya mərkəzi hərbi birləşmələrin gücünün qəfil yoxlanışını həyata keçirib. Yoxlamalar zamanı İvanovski, Ulyanov və Volqoqrad ərazilərindəki hava desant qoşunlarının müharibə hazırlığı nümayiş olunub.
Buna paralel olaraq, Rusiyanın Xəzərdə 40 gəmi ilə hərbi təlim keçirməsi də diqqətlərdən yayınmır. Moskva döyüş təyyarələrinin hazırlığını da yoxlamaqda davam edir.

Ekspertlər, NATO-nun Şərqə doğru genişlənməsi fonunda Rusiyanın narahatlıq keçirdiyini bildirirlər. Xüsusilə, iki bölgəyə diqqət yönəldilir: Cənubi Qafqaz və Baltikyanı. NATO Baltikyanı ölkələrdə öz mövqelərini möhkəmləndirib. Bu günlərdə Şimal Alyansının Gürcüstanda hərbi baza açması Rusiya üçün ciddi siqnaldır. Bu baxımdan, Moskvanın hər iki dənizdə hərbi donanmasının təlim keçirməsi müharibə hazırlığı ilə yanaşı, NATO-ya “əzələ nümayişi” olduğu kimi də şərh edilir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm