Məğlub olan PKK belə yalvardı: “Bizi yetim buraxmayın” - FOTO
Bizi izləyin

Dünya

Məğlub olan PKK belə yalvardı: “Bizi yetim buraxmayın” - FOTO

Türkiyə ordusu tərəfindən küncə sıxışdırılan PKK-çılar sosial şəbəkələrdə NATO-ya, həmçinin ABŞ prezidenti Barak Obama və Almaniya kansleri Angela Merkelə yalvarış dolu müraciət ediblər.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cizrə bölgəsində sıxışdırılan PKK hücumların qarşısında aciz qalıb. PKK-çılar isə “Twitter” üzərindən “tükəndik, nə olar, bizi qurtarın” - deyə yalvarış dolu müraciətlər yayıblar. Əsasən ingiliscə yazılan “twit”lərdə terrorçular Barak Obama və Angela Merkelə “bizi xilas edin” deyə yalvarıblar. Həmçinin Birləşmiş Millətlər Təşkilatına edilən müraciətlərdə “kürdləri qoruyun, Cizrəni qoruyun, bizi yetim buraxmayın” - deyə bildiriblər.


Bu çağırışdan sonra Səlahəddin Dəmirdaş və HDP-liər Cizrəyə getmək üçün yola çıxsalar da, polis onların getməsinə icazə verməyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm