“Mücahid” ləqəbli İŞİD-çi Kiyevdə... - FOTOLAR
Bizi izləyin

Dünya

“Mücahid” ləqəbli İŞİD-çi Kiyevdə... - FOTOLAR

Kiyevdə dəhşətli cinayətlərdə şübhəli bilinən “Mücahid” ləqəbli İŞİD üzvü saxlanılıb.

Publika.az xəbər verir ki, bu haqda hərbi prokuror Anatoliy Matios şəxsi “facebook” səhifəsində məlumat yayıb.

Məlumata görə, İŞİD tərəfdarı olan Daniyal Aleksandroviç Lyaşuk çərşənbə axşamı Ukrayna Daxili İşlər Nazirliyinin “Qasırğa” xüsusi bölüyü tərəfindən Kiyevin yaxınlığındakı Obuxoviski yolunda yerləşən mehmanxanada həbs olunub.

Onun sözlərinə görə, “Mücahid” ləqəbli İŞİD üzvü Belarus vətəndaşıdır, milliyətcə rusdur: “O, amansız qətllərdə şübhəli bilinir və son iki ayda müxtəlif gəmilərdə gizlənirmiş”.

İŞİD üzvü Luqanskda yerli əhaliyə qarşı zorakılıq törədib, ələ keçirilənlərin zorlanmasında şəxsən iştirak edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm