Əfsanəvi KQB agentindən şok açıqlama: “Vətəndaş müharibəsi hazırlayırlar”
Bizi izləyin

Dünya

Əfsanəvi KQB agentindən şok açıqlama: “Vətəndaş müharibəsi hazırlayırlar”

“İllər öncə təqaüdə çıxdım. Lakin bütün kəşfiyyatçılarda olduğu kimi biz də xəbərləşir və dünyadakı proseslərlə maraqlanırıq. Bir məqamı vurğulayacaq. Bu gün Türkiyə sürətlə böyüyür, Avropa, Balkanlar, xüsusilə Orta Şərqdə, hətta Afrikada güclənir. Bunu başda israil olmaqla, Avropa ölkələri qəbul edə bilmir”.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə keçmiş DTK (KQB) agenti Mixail Şikordin deyib.

Keçmiş agent Türkiyədə vətəndaş müharibəsinin başladılması üçün planların olduğunu bildirib.

“Bir çox ölkənin agentləri Türkiyədədir və xalqı etiraza sövq etmək üçün böyük pullar xərcləyirlər. Məqsəd Türkiyəni siyasi və iqtisadi uçurumdan aşağı yuvarlamaqdır. Seçkidən dərhal sonra hazırlanan planla Türkiyədə türk-kürd müharibəsi başlatmaq və vətəndaş müharibəsi törətmək istəyirlər. Bu müharibə üçün seçdikləri ilk yer Mersin, İskəndərun və Adanadır. Plana görə, müharibə dalğa-dalğa İzmir və İstanbula yayılmalıdır. Türkiyə doğru addımlar atacaqsa, bunun qarşısını ala bilər”, - deyə keçmiş agent diqqətə çatdırıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm