• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

HDP liderinə 19 il həbs

  • Dünya
  • 11 Sentyabr 2015 06:45
  • 1 244 Baxış
HDP liderinə 19 il həbs

Türkiyədə Diyarbəkir prokurorluğu toxunulmazlığının qaldırılmasını tələb etdiyi HDP sədri Selaheddin Demirtaş haqqında 4 ayrı maddə üzrə cinayət işi açmaq istəyir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terroru dəstəkləməkdə ittiham olunan partiya sədri 19 il həbs cəzası ala bilər.

Onun barəsində “Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, dövlətin qurum və orqanlarını aşağılamaq”, “cinayət törətməyə təhrik etmək”, “Prezidentə təhqir” və “terror təşkilatının təbliğatını aparmaq” maddələri ilə cinayət işi qaldırıla bilər.

Cinayət işinin TBMM sədrliyinə təqdim olunması üçün Ədliyyə Nazirliyinə göndərildiyi deyilir.

Asif


Xəbər lenti

DAHA ÇOX XƏBƏR