PKK-çılar Ermənistana qaçır – keçmiş deputatdan ŞOK AÇIQLAMA
Bizi izləyin

Dünya

PKK-çılar Ermənistana qaçır – keçmiş deputatdan ŞOK AÇIQLAMA

“Ermənistan bu gün PKK üçün ikinci Qəndil rolunu oynayır”.

Publika.az xəbər verir ki, bu barədə MHP-nin keçmiş millət vəkili, Azərbaycan əsilli Sinan Oğan deyib.

Onun sözlərinə görə, Ağrı Dağı – Ermənistan xətti PKK-nın təhdidi altındadır:

“Son dövrlərdə törədilən hücumlara baxsaq görərik ki, TIR-ların yandırılmasının bir səbəbi də yollarda təhlükəsizliyi pozmaq və rahat şəkildə həmin yollara minalar düzməkdir. Lakin İğdırda yollara döşənən bombalar yaxın tarixdə döşənən bombalar deyil. PKK-nın Ermənistanı ikinci Qəndil olaraq görməsi, bunu üçün də İğdırda terror törədilməsi üzərindən çox düşünüləsi məsələdir. Ermənistan – Türkiyə sərhədində yaşayan vətəndaşlarımızdan xəbərlər almağa başladıq. Sərhəd kəndlərindəki dostlarım mənə zəng vuraraq, gecə vaxtı Ermənistana tərəf keçənlər haqda məlumatlar verib”.

S. Oğan qeyd edib ki, heç kəs Kürdüstanı Ermənistana bağlamaq kimi xəyallar qurmasın: “İğdır xalqı buna icazə verməz. Bu təxribatlar başqa bölgələrdə təsir göstərə bilər. Amma İğdırda törədiləcək hər-hansı bir təxribatların təhlükəli nəticələri ola bilər”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm