Vatikan Papanın Putinə şərtini açıqladı
Bizi izləyin

Dünya

Vatikan Papanın Putinə şərtini açıqladı

Vatikan Roma papasının Putinlə görüşməsi üçün əsas şərtini açıqlayıb.

Axar.az “Nyu York Tayms”a istinadən xəbər verir ki, bu barədə informasiyanı Vatikanın BMT-dəki nümayəndəliyi yayıb. Roma Papası Putinlə o, görüşə gecikməyəcəyi təqdirdə razılaşacaq.

Sentyabr ayında Roma Papasının Baş Assambleyada çıxışı planlaşdırılır. Sentyabrın 27-də isə Rusiya Federasiyası Prezidenti Vladimir Putin BMT-də çıxış edəcək.

Prezidentlə Papanın sonuncu görüşü iyunun 11-də Vatikanda baş tutub. Vladimir Putin bu görüşə düz 70 dəqiqə gecikib. Görüş zamanı tərəflər Yaxın Şərq və Ukrayna məsələlərini müzakirə edib. Prezidentin gecikməsinin səbəbini isə mətbuat katibi Dmitri Peskov Putinin Milanda baş nazirlə olan görüşünün uzanması ilə izah edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm