BMT-də Fələstin bayrağı dalğalanacaq
Bizi izləyin

Dünya

BMT-də Fələstin bayrağı dalğalanacaq

Birləşmiş Millətlər Təşkilatında Fələstin bayrağının asılması ilə bağlı qərar qəbul edilib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 193 ölkənin üzv olduğu BMT Baş Assambleyasındakı səsvermədə 119 ölkə Fələstin bayrağının dalğalanmasının lehinə səs verib və qərar qəbul edilib. Qərarın əleyhinə səs verən ölkələr isə İsrail, ABŞ, Kanada, Avstraliya, Marşal adaları, Tuvalu və Mikroneziya olub.

İclasda söz alan üzv ölkə nümayəndələrinin bir çoxu Fələstin bayrağının BMT-yə asılmasının yetərli olmayacağını və Fələstinin BMT-yə üzv olmasını dəstəklədiklərini bildiriblər.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm