• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Putin və Berluskoni görüşdü

  • Dünya
  • 12 Sentyabr 2015 03:15
  • 336 Baxış
Putin və Berluskoni görüşdü

Rusiya prezidenti Vladimir Putin Krımda İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə görüşüb. Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov görüşün təfərrüatları haqqında məlumat verməsə də, Putin və Berluskoninin qaynar regional problemlər barədə fikir mübadiləsi edə biləcəklərini ehtimal edib.

O, qeyd edib ki, görüşdə Rusiya-İtaliya münasibətlərinin perspektivləri, inkişaf dinamikası ilə bağlı fikir mübadiləsi aparılacaq.

Peskov görüşün şəxsi xarakter daşıdığı bildirilsə də, onun diplomatik görüş olduğunu vurğulayıb:

“İstənilən dövlət xadimi və siyasətçi ilə görüş siyasi və ya qeyri-siyasi olmasından asılı olmayaraq diplomatik görüş hesab olunur”.

Qeyd edək ki, mart ayında Yaponiyanın keçmiş baş naziri Yukio Xatoyamanın Krıma səfər edəcəyini bildirməsi rəsmi Tokioda etirazlara səbəb olmuşdu.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR