Qətər 25 il ərzində ilk dəfə İraqa səfir təyin edib
Bizi izləyin

Dünya

Qətər 25 il ərzində ilk dəfə İraqa səfir təyin edib

Qətər 25 il ərzində ilk dəfə İraqa diplomatik nümayəndə təyin edib.

QNA rəsmi informasiya agentliyi xəbər verir ki, Qətər əmiri şeyx Təmim bin Həməd Əl-Saninin fərmanı ilə Zayed əl-Hayarini ölkənin İraqdakı səfiri təyin olunub. Z.Hayari daha əvvəl Qətərin İordaniyada səfiri işləyib.

Xatırladaq ki, Qətərin Bağdaddakı səfirliyi Səddam Hüseynin Küveytə hərbi müdaxiləsinə cavab olaraq 1990-cı ildə bağlanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm