Prezident qızını baş nazirin müavini təyin etdi
Bizi izləyin

Dünya

Prezident qızını baş nazirin müavini təyin etdi

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qızı Dariganı baş nazirin müavini təyin edib.

52 yaşlı Dariga 2004-cü ildən deputat idi, o həmin vaxt parlamentin aşağı palatası olan Məclisin vitse-spikeri seçilmişdi. Dariga Nazarbayevanın həyat yoldaşı olan iş adamı, siyasətçi, diplomat Rahat Əliyev vaxtilə Qazaxıstandan Avropaya qaçmışdı və 2007-ci ildə Dariga ilə boşandı.

Sonralar Rahat Aliyev korrupsiya və satqınlıq ittihamları ilə Qazaxıstan məhkəməsinin qərarı ilə qiyabi 40 il həbs cəzası aldı.

Qazaxıstanda 3 qətldə ittiham olunan Rahat Əliyev Avstriya həbsxanasında saxlanırdı və burda asılmış tapıldı.

75 yaşlı Nazarbayev Qazaxıstanı 1989-cu ildən idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm