• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ermənistanda aksiyalar başladı - FOTO

  • Dünya
  • 12 Sentyabr 2015 02:52
  • 331 Baxış
Ermənistanda aksiyalar başladı - FOTO

Ermənistanın paytaxtı İravanın mərkəzindəki Azadlıq meydanında elektrik enerjisinin bahalaşmasına qarşı yenidən etiraz aksiyaları başlayıb.

ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumatına görə, mitinq zamanı etirazçılarla polis arasında toqquşmalar baş verib. Polis etrazçılara Baqramyan prospektinə girişə icazə verilməsə də onlar prospekt istiqamətində yürüşə başlayıblar.

Etirazçılar polisin qadağasına baxmayaraq, prospektə daxil olmağa çalışıblar. Amma onlar prospektin girişində polisin barkadaları ilə üzləşiblər. Etirazçılar oturaq aksiyaya başlayıblar.

İrəvan polis rəisinin müavini Valeri Osipyan aksiya iştirakçılarına müraciət edərək bildirib ki, asayişi pozan fəallar məsuliyyətə cəlb olunacaq və əgər etrirazçılar prospektə daxil olmağa çalışarlarsa, onlara sərt şəkildə müdaxilə ediləcək. Polis prospekti açmaq üçün etirazçılara vaxt verib.

Müxalifət fəalı Maksim Sarkisyan isə bu yürüşü təşkil etməkdə məqsədlərinin bahalaşan elektirik enerjisi tariflərinin ləğv edilməsinə nail olmaq olduğunu bildirib. Sarkisyan qeyd edib ki, biz bütün qanuni yollardan istifadə etməklə mübarizəmizi davam etdirəcəyik.

Mitinqə “Talana yox!” vətəndaş təşəbbüsünə “Ayağa qalx, Ermənistan” və “Təsis parlamenti" təşkilatı da qoşulub.




Xəbər lenti

DAHA ÇOX XƏBƏR