Ermənistanda kütləvi həbslər: 48 nəfər saxlanıldı
Bizi izləyin

Dünya

Ermənistanda kütləvi həbslər: 48 nəfər saxlanıldı

Ermənistanın paytaxtı İrəvanın mərkəzindəki Azadlıq meydanında elektrik enerjisinin bahalaşmasına qarşı nümayişə çıxanlar kütləvi şəkildə həbs olunurlar.

Publika.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 50-yə yaxın etirazçının polis tərəfindən saxlanıldığı məlumdur.

“İrəvanda nümayişə çıxanların 48 nəfəri ayrı-ayrı polis bölmələrinə aparılıb. Onlar İnzibati Xətalar Məcəlləsini pozduqlarına görə barələrində akt tərtib olunub”.

Bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan bildirib.

“Kommersant”ın yazdığına görə, İrəvan polisi Baqramyan prospektində mitinqə çıxanlara qarşı təcili tədbirlər görməyə başlayıb. Prospektin gediş-gəliş hissəsi etirazçılardan təmizlənib. Onlardan bəziləri polisə müqavimət göstəriblər. Müqavimət göstərən etirazçılar isə polis bölmələrinə aparılıb.

Qeyd edək ki, mitinqə “Talana yox!” vətəndaş təşəbbüsünə “Ayağa qalx, Ermənistan” və “Təsis parlamenti" təşkilatı da qoşulub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm