Macarıstan hökuməti qaçqınlara qapını göstərdi
Bizi izləyin

Dünya

Macarıstan hökuməti qaçqınlara qapını göstərdi

Macarıstan da suriyalı qaçqınlara qapılarını bağlayıb. Ölkənin baş naziri Viktor Orban qaçqınlara gəldikləri yerə qayıtmağı məsləhət görüb.

Publika.az “Gazeta”ya istinadən xəbər verir ki, bu barədə Orban mətbuata gələn qaçqınlarla bağlı sualları cavablandırarkən deyib.

“Onlar gəldikləri yerə də qayıtsınlar. Əslində, bu qaçqınlar birbaşa hərbi əməliyyatların getdiyi yerlərdən gəlməyiblər. Onlar Suriya ilə qonşu ölkələrdə, o cümlədən Livan, İordaniya, Türkiyədə yerləşən düşərgələrdə olan insanlardır. Ona görə də bu insanlar təhlükədən qaçaraq gəlməyiblər. Bu insanlar Avropaya təhlükəsizlik üçün yox, daha yaxşı həyat tapmaq üçün gələnlərdir”,- deyə Orban bildirib.

Qeyd edək ki, Qərbin Yaxın Şərqdə həyata keçirdiyi siyasət nəticəsində region böyük müharibə meydanına çevrilib və hakimiyyətlərin hərbi yolla devrilməsi milyonlarla insanı da öz ev-eşiyindən didərgin salıb. Ölüm və aclıqdan, işsizlikdən qurtulmaq, daha yaxşı şəraitdə yaşamaq istəyən insanlar Avropa məkanına üz tutmağa başlayıblar. Qərb dövlətləri isə miqrantlara öz ərazilərində yer verməmək üçün ən müxtəlif vasitələrə - onlara qarşı fiziki və mənəvi zorakılığa, qəddarlığa, hətta yalan təbliğata da əl atır. Sosial şəbəkələrdə qaçqınların döyülərək qovulması ilə bağlı kadrlar yer alıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm