• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Hindistanda partlayış: ölü sayı 82-yə çatdı - VİDEO - YENİLƏNİB

  • Dünya
  • 12 Sentyabr 2015 17:18
  • 491 Baxış
Hindistanda partlayış: ölü sayı 82-yə çatdı - VİDEO - YENİLƏNİB

Hindistanın Cxabua şəhərində restoranda qaz balonunun partlaması nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb. Müxtəlif mənbələrin məlumatına görə, hadisə nəticəsində təxminən 80-150 nəfər xəsarət alıb.

Hindistanın baş naziri Narendra Modi bədbəxt hadisə ilə bağlı ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib. O bildirib ki, həlak olan şəxslərin ailələrinə 200 min rupi (3 min dollar), xəsarət alanlara isə 50 min rupi (təxminən 700 dollar) kompensasiya veriləcək.

***

Hindistanın mərkəzində, Dhabua şəhərində yerləşən restoranda qaz balonu partlayıb.

Publika.az “İtar-Tass”-a istinadən xəbər verir ki, hadisə nəticəsində 30 nəfər ölüb, 80 nəfər yaralanıb.

Partlayış səhər saatlarında baş verib. Hakimiyyət orqanları hadisə qurbanlarının sayının çox olmasını da partlayışın səhər saatlarında baş verməsi ilə əlaqələndirirlər.

Hazırda sakinlər ərazidən təxliyə olunur. Ölü və yaralı sayının artacağı ehtimal olunur.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR