• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyəni havaya uçurmaq istədilər – 60 tonluq bomba ələ keçirildi

  • Dünya
  • 12 Sentyabr 2015 15:27
  • 1 595 Baxış
Türkiyəni havaya uçurmaq  istədilər – 60 tonluq bomba ələ keçirildi

Türkiyənin Bitlis vilayətində terrorçulara aid olduğu bildirilən sığınacaqlarda 60 ton bomba tapılıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ələ keçirilən partlayıcı maddələr məhv edilib.

Bitlis valiliyi qeyd edib ki, təhlükəsizlik qüvvələri arasında informasiya mübadiləsi vacibdir.

“Terror təşkilatları və bu təşkilatların gerçəkləşdirdiyi hücumlara qarşı mübarizəmiz, xalqımızın dəstəyini alan təhlükəsizlik güclərimizin fədakarcasına çalışmaları qətiyyətlə davam edir və edəcək”.

Rübabə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR