Misir hökuməti yenə istefa verdi
Bizi izləyin

Dünya

Misir hökuməti yenə istefa verdi

Misir prezidenti Əbdül Fəttah əl-Sisi İbrahim Mihlibin rəhbərliyi altında olan hökumətin istefasını qəbul edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Misirin Prezident Aparatı rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Misirin baş naziri İbrahim Mihlib bu gün səhər keçirdiyi toplantı zamanı istefa verdiyini açıqlayıb və hökumətin istefası ilə bağlı prezidentə müraciət edib.

Misir prezidenti Əbdül Fəttah əl-Sisi isə baş nazirin və hökumətin istefasını qəbul edib.

Bundan əlavə, prezident Əbdül Fəttah əl-Sisi Misirin neft və təbii ehtiyatlar naziri Şərif İsmayıla bir həftə ərzində yeni hökuməti formalaşdırmağı tapşırıb.

Xatırladaq ki, bu yaxınlarda Misirin bir neçə hökumət üzvü rüşvət və korrupsiya ittihamları ilə həbs olunublar.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm