• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Rusiya dünyanın ən böyük sualtı gəmisini Suriyaya göndərir

  • Dünya
  • 13 Sentyabr 2015 09:52
  • 1 106 Baxış
Rusiya dünyanın ən böyük sualtı gəmisini Suriyaya göndərir

Rusiya dünyanın ən böyük sualtı gəmisini Suriyaya göndərir.

ANS PRESS-in məlumatına görə, “Dmitri Donskoy” adlı sualtı gəminin Suriyaya göndərilməsi barədə iddianı İsrailin kəşfiyyat orqanı Mossada yaxınlığı ilə tanınan DEBKA internet saytı ortaya atıb.

Bu gün Suriyaya çatacaq gəmi 20 ədəd “Bulava SSN30” qitələrarası balisitik raket və 200-dən çox nüvə başlığı daşıyır. Sualtı gəmi 172 metr uzunluğu və 160 nəfər heyət üzvü ilə bu tip gəmilər arasında ən böyükdür.

180 gün suyun altında qala bilən gəmi son dəfə Aralıq dənizdə keçirilən təlimlərdə iştirak edib.


Dünyanın ən böyük sualtı gəmisi - “Dmitri Donskoy”

Bir neçə gün əvvəl isə ABŞ Yunanıstandan Rusiya əsgərlərinin daşınması üçün istifadə edilən hava sahəsini bağlanmasını istəyirdi. ABŞ-ın bu istəyinə rəsmi Afina cavab verib ki, Rusiya təyyarələri Suriyaya getmək üçün Yunanıstan üzərindən istifadə etmir.


Sualtı gəmidən qalxan “Bulava SSN30” qitələrarası balisitik roketi

Bundan əvvəl isə Bolqarıstan Rusiya hərbi təyyarələrinin Suriyaya uçmasının qarşısını almaq hava sahəsini bağlayıb. Lakin rəsmi Moskva bəyan edib ki, Rusiya təyyarələri alternativ yollardan istifadə edəcək. Moskva alternativ yolların hansılar olacağı barədə heç bir açıqlama verməyib.


Rusiyadan Suriyaya gedən “Dmitri Donskoy” sualtı gəmisini hərəkət marşrutu

Son yayılan xəbərdən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaharova mətbuata verdiyi açıqlamada Suriya hakimiyyətini uzun müddətdir ki, silah və əsgərlə təmin etdiklərini deyib. O bunun beynəlxalq hüquq normaları çərçivəsində əldə edilən razılaşma əsasında həyata keçirildiyini sözlərinə əlavə edib.


Suriyada Rusiya ordusunu xüsusi təyinatlıları

Rusiyanın Suriyaya silah göndərməsi ilə bağlı xəbərlərə ABŞ prezidenti Barak Obama da münasibət bildirib. Obama Vladimir Putinin bu dəstəyini böyük səhv adlandırıb.

"Putin əgər Suriyada sülhə nail olmaq isdəyirsə, ora silah göndərməməli və danışıqlar masası arxasına oturmalıdır. Çünki İŞİD onları bizdən daha çox təhdid edir. Rusiyada çox sayda müsəlman yaşayır. İŞİD-in onları təhdid etdiyi bir vaxtda Bəşər Əsədə dəstək verməyi mən böyük bir səhv kimi qiymətləndirirəm" - deyə Obama bildirib.

Rusiyanın uzun müddətdir ki, Bəşər Əsədi silahlandırdığını söyləyən Obama 4-5 il əvvəl birbaşa Putinin özünə bu dəstəyi dayandırması barədə xəbərdarlıq etdiyini bildirib.

Obama Putinin onun sözünə qulaq asmayaraq, bu dəstəyi indi də davam etdirdiyini deyib.

Suriyada 4 ildir davam edən vətəndaş müharibəsi dövründə bir neçə dəfə Rusiya ordusu əsgərlərinin Suriyada Bəşər Əsədin əsgərləri ilə birlikdə müxaliflərə qarşı döyüşdükləri barədə videolar və şəkillər yayılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR