İşıqlar kəsildi, əhaliyə küçəyə çıxmaq qadağan edildi: PKK-ya qarşı əməliyyat başladı - VİDEO/FOTO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

İşıqlar kəsildi, əhaliyə küçəyə çıxmaq qadağan edildi: PKK-ya qarşı əməliyyat başladı - VİDEO/FOTO (YENİLƏNİB)

PKK terror təşkilatının bir qanadı olan YDG-H tərəfindən Diyarbəkirin Sur mahalında küçələrdə barrikadalar qurularaq döyüş hazılığı görülməsi barədə kəşfiyyat məlumatları alan Türkiyə xüsusi təyinatlıları bölgədə əməliyyata başlayıblar.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yerli sakinlərə səhər saat 05:00 radələrindən qeyri-müəyyən vaxtadək küçəyə çıxmaq qadağan edilib. Bölgədə işıqlar söndürülüb. Vali yerli sakinlərə təhlükəsizlik baxımından növbəti xəbərdarlığa qədər evdən çıxmamaq barədə tapşırıq verib.

Yerli sakinləır isə yuxudan atəş səslərinə oyanıblar. Hazırda Sur mahalının bir neçə məhəlləsində terrorçularla döyüşlər getdiyi bildirilir. Hökumət qüvvələrinə havadan iki helikopterin də dəstək verir. Atışmada 6 polis yaralanıb.

Əməliyyat zamanı 5 PKK-çı öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm