Moldovada etiraz aksiyası başlayıb
Bizi izləyin

Dünya

Moldovada etiraz aksiyası başlayıb

Moldovanın paytaxtı Kişinyovda prezidentin istefası və növbədən kənar parlament seçkiləri keçirilməsi tələbi ilə bağlı nümayiş keçirilib.


“Ləyaqət və hüquq” hərəkatının təşkil etdiyi mitinqdə 15 mindən çox adam iştirak edib.

Qeyd edək ki, aksiyalar ötən həftənin bazar günündən başlayıb. Sentyabrın 6-dan bəri hər gün mitinq keçirilir. Hökumət binasınn qarşısında 300 çadır qurulub.

Etirazçılar prezident, baş prokuror və Milli Bankın sədrinin istefasını tələb edirlər.

Qeyd edək ki, “Ləyaqət və hüquq” hərəkatının dəqiq proqramı və partiya strukturu yoxdur. Hərəkat həm ölkə hakimiyyıtinə, həm də müxalifətinə qarşı çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm