Serbiyadan Macarıstana rekord sayda miqrant keçib
Bizi izləyin

Dünya

Serbiyadan Macarıstana rekord sayda miqrant keçib

Serbiyadan Macarıstana keçən miqrantların sayı şənbə günü rekord həddə çatıb.

Rəsmilərin sərhədi bağlamağa hazırlaşdığı ərəfədə 4000-dən çox insan sərhədi keçməyə imkan tapıb.

Avropa, əsasən Suriyadakı zorakılıq və yoxsulluqdan qaçmış miqrant axınının öhdəsindən gəlməyə çətinlik çəkir. Macarıstan, miqrantlarla davranışına görə tənqidlərə məruz qalıb.

Rəsmilər təxmin edir ki, bu il ərzində 175 min miqrant Serbiyadan Macarıstana keçib.

Macarıstan baş naziri Viktor Orban ölkənin sərhədlərini qapadacağına və qeyri-leqal miqrantları həbs edəcəyinə söz verib. Ölkə, Serbiya ilə sərhəddə 4 metr hündürlüyündə hasarı bitirmək üzrədir.

4000-dən çox Macarıstan əsgəri də polisə kömək etmək üçün bölgəyə gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm