Qərbdəki müsəlmanlar cihada səsləndi: “Hücum edin”
Bizi izləyin

Dünya

Qərbdəki müsəlmanlar cihada səsləndi: “Hücum edin”

Əl Qaidə lideri Ayman əl Zəvahiri ABŞ və digər Qərb ölkələrində yaşayan müsəlman gənclərə çağırış edib.

Axar.az xəbər verir ki, yayılan səs qeydində Zəvahiri gənclərə xristina ölkələrinə hücum etməyi tapşırıb:

“Səlib koalisyonuna daxil ölkələrə zərər verə biləcək bütün müsəlmanları tərəddüd etməməyə çağırıram. İndi savaşı səlib Qərbdəki, xüsusilə də ABŞ-dakı şəhərlərin və evlərin ürəyinə daşımalıyıq”.

Terror təşkilatının lideri müsəlman gənclərə ABŞ-da Boston marafonunda terakt törədən çeçen qardaşları və Parisdə "Şarli Hebdo" jurnalının redaksiyasına hücum edən Kouaçi qardaşlarını örnək göstərib.

Aparılan araşıdrmalar zamanı səs qeydinin nə zaman yazıldığını öyrənmək mümkün olmayıb. Lakin səs qeydinin yazıldığı zaman Taliban lideri Molla Məhəmməd Ömərin yaşadığı bəlli olub. Buna görə də, Zəvahirinin çıxışının ən azı 2 ay öncə yazıldığı dəqiqləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm