Misirdə turistlər güllələndi – 12 ölü
Bizi izləyin

Dünya

Misirdə turistlər güllələndi – 12 ölü

Misirin təhlükəsizlik qüvvələri Qərb Səhrasında 4 avtomobildə əyləşən 22 turistə qarşı xüsusi əməliyyat keçiriblər.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Misir təhlükəsizlik qüvvələri həmin avtomobillərdə olan şəxsləri terrorçu bilərək onlara atəş açıblar. Atışma nəticəsində 12 turist ölüb, 10 nəfər isə yaralanıb.

Avtomobildəki turistlər Meksika və Misir vətəndaşları olub.

Misir hökuməti isə hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, hadisə Liviya sərhədləri yaxınlığında baş verdiyi üçün polislər turistləri silah qaçaqmalçısı ilə səhv salıblar. Nəticədə isə bu xoşagəlməz faciə baş verib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm