• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Taliban həbsxanadan 352 məhkum qaçırdı

  • Dünya
  • 14 Sentyabr 2015 11:00
  • 293 Baxış
Taliban həbsxanadan 352 məhkum qaçırdı

Taliban təşkilatının üzvləri Əfqanıstanın Qəznə şəhərində həbsxanaya basqın edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhər valisinin köməkçisi Məhəmməd Əli Əhmədi bildirib.

Onun sözlərinə görə, Taliban üzvləri 352 məhkumun qaçmasını təmin edib. Məhəmməd Əli Əhmədi polis forması geyinən Taliban üzvlərinin içində partlayıcı maddələr olan avtomobillə həbsxananın girişində partlayış törətdiyini və içəri daxil olduğunu bildirib. Taliban üzvləri ilə silahlı qarşıdurmada 4 polis həyatını itirib, 7 polis ilə 4 məhbus yaralanıb.

Taliban isə verdiyi açıqlamada 400 məhbusun qaçdığını bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR