Prezident ölkədə toy etməyi yasaqladı
Bizi izləyin

Dünya

Prezident ölkədə toy etməyi yasaqladı

Özbəkistanın Səmərqənd vilayətində pambıq yığımının başlanması ilə əlaqədar restoranlarda toy və ziyafətlərin keçirilməsi qadağan edilib.

Publika.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, restoran sahiblərinə toyların keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, toy şənlikləri pambıq yığımı başa çatandan sonra keçirilə bilər.

Qeyd edək ki, ötən gün Özbəkistan KİV-lərində ölkənin kənd təsərrüfatı nazirinin pambıq yığımı normasını yerinə yetirmədikləri üçün bir neçə məktəb direktorunu döyməsi ilə bağlı məlumatlar yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm