• USD 1,7022 0,00% EUR 1,8492 +0,04%
    • GBP 2,1763 -0,13% RUB 0,0305 +0,33%

PKK-nın 3 qollu strategiyası: “Azad edilmiş bölgə” necə yaradılır?

  • Dünya
  • 14 Sentyabr 2015 13:19
  • 840 Baxış
PKK-nın 3 qollu strategiyası: “Azad edilmiş bölgə” necə yaradılır?

Türkiyənin Silvan, Yüksekova və Cizrə mahallarında həyata keçirilməyə çalışılan “azad edilmiş bölgələr” strategiyası 3 istiqamətdən ibarətdir.

Publika.az xəbər verir ki, bu barədə “Milliyyət” qəzetinin yazarı Tolga Şardan “Şəhərlər niyə PKK-nın hədəfində?” başlıqlı yazısında bildirib.

Onun sözlərinə görə, PKK “azad edilmiş bölgələr”də möhkəmlənmək üçün aşağıdakı addımları atmaq niyyətindədir:

- PKK çöl ərazidə terrorçuların sayını artıraraq onları silahlandıracaq

- Şəhər daxilində döyüşmək üçün təlim verilən qruplar yaşayış məntəqələrinə göndəriləcək

- PKK-nın gənçlik və qadın təşkilatları vətəndaş itaətsizliyi hərəkətlərini gücləndirəcək.

Tolga Şardan qeyd edib ki, PKK-nın yeni strategiyasında əsas yer şəhərlərdə səs-küy gətirən terror aktlarına veriləcək. Əsas məqsəd isə şəhər mərkəzlərində “xalq qiyamı” ilə “azad edilmiş bölgə”nin yaradılmasıdır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR