Saakaşvili daha bir silahdaşını Odessaya gətirdi
Bizi izləyin

Dünya

Saakaşvili daha bir silahdaşını Odessaya gətirdi

Ukraynanın baş prokurorunun müavini vəzifəsini tutan David Sakvarelidze Odessa vilayətinin baş prokuroru olacaq.

Publika.az xəbər verir ki, bu barədə “Duma” internet nəşri yazıb.

David Sakvarelidze həmçinin baş prokurorunun müavini vəzifəsində qalacaq.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin ən yaxın silahdaşlarından biri olan David Sakvarelidze Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan parlamentinin deputatı və Tiflisin baş prokuroru olub. O, Ukraynanın baş prokurorunun müavini postunu tutmaq üçün gürcü vətəndaşlığından imtina edib.

Qeyd edək ki, Odessa vilayətininin qubernatoru Mixail Saakaşvilidir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm