• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Cənubi Azərbaycanda PKK düşərgələri – ŞOK FAKTLAR

  • Dünya
  • 14 Sentyabr 2015 14:39
  • 1 988 Baxış
Cənubi Azərbaycanda PKK düşərgələri – ŞOK FAKTLAR

PKK-nın İran üzərindən Türkiyə dövlətinə qarşı həyata keçirdiyi terror aktlarının pərdəarxası məqamları açıqlanıb.

Publika.az-ın məlumatına görə, bu barədə Aslan Urmulunun “90-cı illərdə PKK Terror Təşkilatının Güney Azərbaycanın Qərb Bölgəsindəki Bəzi Düşərgələrinin Koordinasiyaları” adlı məqaləsində qeyd edilib. Məqalədə İranın şimal-qərbində yerləşən PKK düşərgələri aşağıdakı kimi sıralanıb:

1. Piran dərəsi - Salmas şəhəri, Şəpiran kənd yerləri, Xənavin və Kalik kəndləri;

2. Qalarəş hündürlükləri - Aşağı Qalarəş kəndi;

3. Abşar dərəsi – Salmas - Şəpiran kənd yeri – Həştrak Urtanus Gərikan kəndləri arasındakı ərazi;

PKK-nın düşərgə yerlərini seçmə metodu:

PKK düşərgələri strateji baxımdan elə seçilir ki, coğrafi baxımdan heç bir nəqliyyat vasitəsinin o nöqtəyə çatması mümkün deyil. Sadəcə at və bənzər heyvanlar vasitəsi ilə, ya da piyada getmək olar. Piran dərəsi ətraf hündürlüklərin bütün qar və yağış sularının axınını özünə doğru çəkir, dərənin sonundakı şəlalə ilə bitişir. Bu sudan hamam, tibbi işlər və içmək üçün istifadə olunur.

Digər tərəfdən, bu dərə Şirvani kəndini Kalik dərəsinə bağlayan Şirvani adlı dərəylə də birləşir və oradan Türkiyə sərhədinə çatır. Bu keçid qaçaqmalın daşındığı əsas yoldur.

PKK-nın ən böyük gəlir qaynağı olan narkotik ticarəti və daşınması

Qalarəş hündürlükləri – bu keçiddən narkotik maddə daşınması üçün istifadə olunur və Avropada satılan narkotik maddələrinin 60 faizi yalnız bu keçiddən daşınır. Bu keçidin aşılması coğrafi baxımdan çox çətin, hətta imkansız olduğuna görə heç bir nəzarət yoxdur. Buradakı yeganə silahlı güc PKK-dır. Bu səbəbdən narkotik ticarətindən böyük gəlir əldə edərək, qaçaqçıları Türkiyə sərhədinə qədər ötürür.

Rübabə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR