Ermənistanda sudan kütləvi zəhərlənmə
Bizi izləyin

Dünya

Ermənistanda sudan kütləvi zəhərlənmə

Ermənistanın Şirak vilayətinin Dzitankov kəndinin 28 sakini içməli sudan mədə-bağırsaq infeksiyasına yoluxub.

"Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Dzitankov kəndinin administrasiyasının rəhbəri Ovik Poqosyan bildirib.

Onun sözlərinə görə, infeksiya kənddəki içməli su sistemindən yayılıb: "İnfeksiya qonşu kəndlərdə, o cümlədən Araqatsot vilayətinin yaşayış məntəqələrində və digər yerlərdə də yayılıb".

Ölkənin Səhiyyə Nazirliyi faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, laboratoriyada aparılan analizlərin nəticələrinə görə Araqatsyutun vilayətinin bir neçə yaşayış məntəqəsində, o cümlədən Dzitankov kəndinin sakinləri arasında dizenteriya aşkarlanıb.

Nazirlik baş verən hadisə ilə bağlı "Ermənistan su kanalı" təşkilatına suya nəzarətin artırılması üçün müraciət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm