• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlıları İŞİD-ə satan casus şəbəkəsi ifşa edildi – MƏXFİ ƏMƏLİYYAT

  • Dünya
  • 14 Sentyabr 2015 15:58
  • 1 710 Baxış
Azərbaycanlıları İŞİD-ə satan casus şəbəkəsi ifşa edildi – MƏXFİ ƏMƏLİYYAT

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriya-Türkiyə sərhədləri yaxınlığında fəaliyyət göstərən casus şəbəkəsini çökdürüb.

Publika.az xəbər verir ki, Mersində fəaliyyət göstərən qruplaşma Suriyada türkmanlara aid cəbhələr, həmçinin müxalif qruplar haqqında topladığı məlumatları pul qarşılığında müxtəlif ölkələrin kəşfiyyat xidmətlərinə satırmış. Qruplaşmanın lideri olan Menedi Əlsəid və 6 üzvü həbs olunub.

Tamamilə məxfi keçirilən əməliyyat zamanı toplanan məlumatların incələndiyi “mətbuat bürosu”nun olduğu da aşkarlanıb. Casus şəbəkəsinin Türkiyənin əleyhinə istifadə oluna biləcək məlumatlar da ələ keçirdiyi məlum olub. Onlardan pul qarşılığında məlumat alanlar isə Türkiyəyə qonşu olan bəzi ölkələr və bəzi Körfəz ölkələrinin kəşfiyyat xidmətləri imiş.

Şəbəkənin lideri M.Əlsəid deşifrə olmamaq üçün Muhanned Əlsəid, Muhanned Tarıf, Muhanned Sıhatıye, Muhanned Əl Hamed Əl Əsadi kimi müxtəlif adlardan istifadə edib. O xüsusilə Suriyada topladığı məlumatları xarici xüsusi xidmət orqanlarına satırmış.

Şəbəkənin Türkman cəbhələri və müxalifətlə bağlı məlumatları İŞİD-ə də ötürdüyü deyilir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR