Koalisiya qırıcıları Türkiyə sərhədini bombaladı
Bizi izləyin

Dünya

Koalisiya qırıcıları Türkiyə sərhədini bombaladı

Anti-İŞİD koalisiyasının qırıcıları Türkiyənin Kilis vilayətinin sərhədinə yaxın nöqtədə İŞİD-ə qarşı əməliyyat keçirib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın Bab əl-Hava və Rai bölgələrində yerləşən İŞİD-in hədəfləri bu səhər koalisiya qüvvələri tərəfindən bombalanıb.

Türkiyə sərhədinin 10 kilometrliyində həyata keçirilən əməliyyat zamanı eşidilən partlayış səsləri Kilis sakinləri arasında çaxnaşmaya səbəb olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm