Türk qırıcıları 60 PKK-çını belə məhv etdi – VİDEO
Bizi izləyin

Dünya

Türk qırıcıları 60 PKK-çını belə məhv etdi – VİDEO

PKK terror təşkilatına qarşı hava əməliyyatlarını davam etdirən Türkiyə Silahlı Qüvvələri sentyabrın 10-da PKK-nın Şimali İraqdakı hədəflərinə 80 “ağıllı bomba” atıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindəki mənbə bildirib.

Türkiyə Hərbi Hava Qüvvələrinə aid 21 ədəd F-16 və F-4 qırıcısı İraqın şimalında yerləşən Qəndil, Hakurk, Avaşin, Metina, Basyan, Gara və Zap düşərgələrini bombalayıb. Hava əməliyyatında ən az 60 terrorçu öldürülüb.

Terror təşkilatının Gara düşərgəsindəki ən böyük silah-sursat anbarı havaya uçurulub. Hava əməliyyatı 6 saat davam edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm