• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Almaniya silahları PKK-ya necə çatdırılır? – ŞOK FAKTLAR

  • Dünya
  • 14 Sentyabr 2015 18:00
  • 871 Baxış
Almaniya silahları PKK-ya necə çatdırılır? – ŞOK FAKTLAR

Almaniyanın Şimali İraq regional kürd rəhbərliyinin silahlı qüvvələri peşmərgəyə göndərdiyi silahların PKK terror təşkilatının əlinə keçdiyinə dair daha bir fakt ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-ya yaxın media orqanlarının xəbərləri ilə terrorçuların tərəfdarlarının “Twitter” və “Facebook” hesablarında etdiyi paylaşımlar iddiaları təsdiqləyir.

Almaniya Suriyanın Kobani şəhərində baş verən hadisələri bəhanə edərək peşmərgəyə müasir silahlar göndərib. Bir müddət əvvəl “Der Spiegel” nəşri yazıb ki, Almaniyanın Hollandiya hava qüvvələrinə aid yük təyyarələri ilə Peşmərgəyə göndərdiyi silahların bir qismi PKK-ya çatıb. Sincarda Almaniya nəşrinə müsahibə verən PKK-çı da Almaniya istehsalı olan silahların onlara peşmərgənin verdiyini açıq şəkildə söyləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Suriyanın şimalındakı PYD-yə (PKK-nın Suriya qolu) göndərilən silahların PKK-ya keçə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Məlumata görə, Almaniyanın kəşfiyyat xidməti (BND) PKK-nın Şimali İraqda əsas qərargahı sayılan Qəndildə xüsusi fəallıq göstərir. Təxminən iki həftə əvvəl Qəndildə BND-nin bir agenti türk qırıcılarının bombardmanları zamanı ölüb. Hazırda BND-nin daha 6 agentinin Qəndildə olduğu bildirilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR