Poroşenko Rusiya üçün ən böyük cəzanı açıqladı
Bizi izləyin

Dünya

Poroşenko Rusiya üçün ən böyük cəzanı açıqladı

“Rusiya üçün əsas cəza neftin qiyməti ilə xarici investisiyaların azalması və texnologiyaların ixracının məhdudlaşdırılmasıdır. Məhz bu üç amilin kombinasiyası ən böyük effekti verəcək”.

Publika.az xəbər verir ki, bu sözləri “Washington Post” nəşrinə müsahibəsində Ukrayna prezidenti Pyotr Poroşenko söyləyib.

“Aydındır ki, Putinin hərbi cəbhədə hücumu müvəffəqiyyətli olmadı. O, taktikanı əvəz etməyə və Ukraynada stabilliyi içəridən pozmağa çalışır”, - Poroşenko bildirib.

Qeyd edək ki, “Goldman Sachs”ın ekspertləri 2015-2016-cı illərdə Brent və WTI markalı neftin qiymətini çox aşağı proqnozlaşdırıblar. Ekspertlərin fikrincə, neftin bir bareli hətta 20 dollar səviyyəsinə qədər düşə bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm