Şengen zonası Rusiya vətəndaşları üçün qaydaları sərtləşdirdi
Bizi izləyin

Dünya

Şengen zonası Rusiya vətəndaşları üçün qaydaları sərtləşdirdi

Şengen zonasının ölkələri Rusiya vətəndaşlarına vizaları yeni qaydalar üzrə verməyə başlayır.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Şengen vizası almaq istəyən Rusiya vətəndaşları bundan sonra hər beş ildən bir barmaq izlərini verməlidir.

Bu qayda yaşı 12-dən az olan uşaqlara, həmçinin rəsmi nümayəndə heyətlərinin üzvlərinə aid deyil. Yeni qaydalara əsasən, birinci dəfə müraciət edən şəxs konsulluğa və ya səlahiyyət verilmiş viza mərkəzinə şəxsən gəlməlidir. Vizanın rəsmiləşdirilməsinin dəyərində dəyişiklik yoxdur.

Yeni viza informasiya sistemi bu gündən etibarən bütün Rusiya ərazisindəki 60 konsulluq və Şengen zonası ölkələrindəki 350 viza mərkəzində işləməyə başlayır.

Qeyd edək ki, Almaniya, Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstan Şengen zonasının ölkələridir. İslandiya və Norveç istisna olmaqla bütün ölkələr Avropa Birliyinin üzvləridir. Avropa Birliyinə daxil olan 5 ölkə - Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengen zonasına daxil deyillər.

Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb. Şengen vizaları qısamüddətli vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm